Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-09-2023 , 10:46

5671

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Səbail bələdiyyəsinin qulluqçusu “İlin peşəkar gənci” seçilib

Sentyabrın 18-də 2022-ci il üçün “İlin peşəkar gənci” adına layiq  görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.

Belediyye.infonun məlumatına görə, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, üzv təşkilatların sədrləri və məsul əməkdaşları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

“İlin peşəkar gənci” adına layiq  görülmüş gəncləri təbrik edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dövlətimizin gənclər siyasətindən danışıb, ölkəmizdə gənclərin inkişafı üçün yaradılmış şəraitdən bəhs edib.

AHİK sədri vurğulayıb ki, həmkarlar ittifaqları dövlətimizin gənclər siyasətinə fəal dəstək verir: “İttifaqımızın 22,2 faizini 29 yaşadək gənclər təşkil edir.

Sonra 2022-ci ilin nəticələrinə görə, “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 64 nəfər istedadlı gəncə AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim edilib. Onların 42 nəfəri kişi,  22 nəfəri isə qadındır və ən azı 3 il və daha çox əmək stajına sahibdirlər. Həmin gənclərin arasında 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək orden və medallarla təltif edilmiş qazi və veteranlar da var.

Əlavə edək ki, təltif olunanlar arasında Səbail bələdiyyəsinin qulluqçusu  Günel Ələkbərli də var. Öz fəaliyyətiylə az vaxt ərzində  kollektivin hörmətini qazanan Günel Ələkbərli “İlin peşəkar gənci” seçilib.

Qeyd edək ki, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHİK tərəfindən 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib. İndiyədək 27 sahə həmkarlar ittifaqı təşkilatından 400 nəfərə yaxın gənc əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edərək bu fəxri ada layiq görülüb.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
508

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
866

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
638

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1333

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
649

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
669

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
724